Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nəsimi rayonu, İlqar İsmayılov küçəsində yanğın olması barədə məlumat daxil olub.
Bizim.Media-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.
MÖVZU İLƏ BAĞLI:
Bakıda YANĞIN: Ətrafı qara tüstü bürüdü - VİDEO
İlkin məlumata əsasən, yol kənarında təqribən 40 kv.m sahədə məişət və təkər tullantıları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Bizim.Media