Kəlbəcərin Tutxun yatağında geoloji-axtarış işlərinə başlanıldı

Hazırda oxunan: Kəlbəcərin Tutxun yatağında geoloji-axtarış işlərinə başlanıldı

48921

"İşğaldan azad edilən Kəlbəcər rayonu ərazisində böyük qızıl ehtiyatlarına malik Tutxun təzahüründə artıq geoloji-axtarış işlərinə başlanılıb".

Bizim.Media xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev UNEC İqtisadi Forumu çərçivəsində keçirilən "Qarabağa böyük qayıdış: Dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya" adlı paneldə çıxışı zamanı deyib.

Nazir bildirib ki, Zərqulu, Qızılitən, Qərbi Qızılitən və Qazıxanlı sahələri üzrə geoloji və geofiziki işlər davam etdirilir.

M.Babayevin sözlərinə görə, Kəlbəcər rayonunun ərazisində yerləşən filiz yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və istismarı ilə əlaqədar Türkiyənin “Cengiz Holding” qrupuna daxil olan şirkətlərlə uzunmüddətli müqavilələr bağlanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin