İki gündür itkin düşən SOCAR işçisi hələ TAPILMAYIB – İlkin VERSİYA

Hazırda oxunan: İki gündür itkin düşən SOCAR işçisi hələ TAPILMAYIB – İlkin VERSİYA

48912

Dekabrın 1-dən Neft Daşlarında itkin düşən SOCAR-ın elektrik montyoru Mürsəl Həsənəli oğlu Namazov hələki tapılmayıb.

Bu barədə Bizim.Media-ya SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib. Onun sözlərinə görə dənizdə axtarış işləri davam edir:

MÖVZU İLƏ BAĞLI:

SOCAR-ın işçisi Neft Daşlarında itkin düşüb – Axtarış başladı


"Meydançada və onun yaşadığı yataqxanada axtarış aparılıb. Helikopterlər dənizin səthini daim nəzarətdə saxlayır. Hər hansı məlumat olarsa, ictimaiyyətə açıqlanacaq”, -deyə o, bildirib. 

Qeyd edək ki, 1972-ci il təvəllüdlü Mürsəl Namazov dekabrın 1-i gecə növbəsində işləyərkən, sonuncu dəfə saat 05:45 radələrində iş yerində görünüb. Daha sonra onu görən olmayıb.

Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlının sözlərinə görə neftçinin hansı səbəbdən itkin düşməsi ilə bağlə versiyalar çoxdur:

“Bəlkə qoruyucu kaskasını kənara qoyub nəyisə götürəndə dənizə düşüb, ya səhhətində problem yaşanıb? Yaxud ayağı sürüşüb? Təhlükəsizlik qaydaları pozulub, yoxsa o, özü pozub? Bunların heç birini bilmirik. Orada başqa bir ehtimal yoxdur. Çünki onlar neft daşlarına gəmi ilə gedirlər. İndidən dəqiq olmayan versiyanı irəli sürmək düzgün olmaz. Hələki aydınlaşdırılır. Rəsmi məlumatı gözləyək”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin