Vətən müharibəsinin iki iştirakçısı amnistiyaya düşdü

Hazırda oxunan: Vətən müharibəsinin iki iştirakçısı amnistiyaya düşdü

48910

“Ədliyyə Nazirliyinin Probasiya Xidməti tərəfindən 5 noyabr tarixindən 3 dekabr tarixinə qədər azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzalara məhkum edilmiş 1307 nəfərə amnistiya aktı tətbiq edilib”.

Bizim.Media xəbər verir ki, bunu  Ədliyyə Nazirliyinin Probasiya Xidmətinin rəisi Aqşin Ziyadov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, qərarın icrası çərçivəsində yerli probasiya qurumlarının qərarları ilə 1158, məhkəməyə verilən 1414 təqdimat əsasında bu günə qədər 149 məhkum haqqında amnistiya aktı tətbiq edilib:

“Onlardan 161 nəfər qadın, 1 nəfər yetkinlik yaşına çatmayan, 84 nəfər 60 yaşına çatmış, 2 nəfər Vətən müharibəsində iştirak edən məhkumlardır. Amnistiya tətbiq olunmuş şəxslərdən 870 nəfər islah işləri, 260 nəfər cərimə, 28 nəfər ictimai işlət cəzasından azad edilən məhkumlardır. Bundan başqa azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxslərdən 134 nəfər cəzadan azad olunaraq onlara tətbiq edilmiş elektron qolbaqlar dərhal çıxarılıb, 15 məhkumun isə cəza müddəti 1 il azaldılıb”.

Xatırladaq ki, 5 noyabr tarixində qüvvəyə minmiş amnistiya aktının icrası dörd ay müddətində təmin edilməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin