Peşə təhsili olanlara ŞAD XƏBƏR

Hazırda oxunan: Peşə təhsili olanlara ŞAD XƏBƏR

48879

“Kamil bir palançı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqdan”. Dahi şairimiz Nizami Gəncəvinin bu kəlamı müasir günümüzdə də öz təsdiqini tapır. Ali məktəb təhsili hər kəsin haqqıdır. Lakin bəzən həyat şərtləri, həmçinin insanın şəxsi maraq və bacarıqları onu universitetə deyil, peşə yiyələnməyə sövq edir. Bəs görəsən ölkədə hazırda peşə təhsilinə maraq nə yerdədir?

Bizim.Media olaraq sualımızı təhsil eksperti Elçin Əfəndiyə ünvanladıq. O, peşə təhsilinə marağın artdığını bildirdi:

MÖVZU İLƏ BAĞLI:

“Təhsil haqqında” Qanuna dəyişiklik TƏSDİQLƏNDİ


“Son 2-3 ildə peşə təhsili öz inkişaf dövrünü yaşayır. Çünki bundan əvvəl bu sahəyə maraq azalmışdı, demək olar ki, artıq sıradan çıxmağa başlayırdı. Həmçinin dövlət başçımızın sərəncamı ilə peşə təhsili dövlət agentliyi yaradıldı və bu sərəncam peşə təhsilinin inkişafına təkan oldu. Agentliyin ardıcıl olaraq həyata keçirdiyi layihələr, təlimlər həmçinin peşə təhsilini bitirmiş şəxslərin işlə təmin olunmaları ilə bağlı müxtəlif şirkətlərlə aparılan əməkdaşlıq  bu istiqamətə marağı artırdı”.

Ekspert həmçinin ölkədəki peşə təhsilinə olan marağın sovet illərindəkindən heç də geri qalmadığını dedi:

“Sovet illərində zavodlar, fabriklər və müxtəlif iaşə obyektləri həddən artıq çox idi və peşə təhsilini bitirən şəxslər adıçəkilən yerlərdə işləyə bilirdilər. İşçi qüvvəsi də daha çox peşə təhsilli insanlar idi. Lakin indi peşə təhsili daha inkişaf etmiş şəkildə marağı olan şəxslərə öyrədilir”.

Ekspert həmçinin peşə təhsili olan şəxslərin də ali təhsil alma şansının olduğunu diqqətə çatdırdı:

“Son verilən qərara əsasən artıq peşə təhsilini uğurla başa vuran şəxslərə subbakalavr dərəcəsi aldıqdan sonra ali təhsil müəssisələrinə imtahanla qəbul olmaq imkanı yaradılacaq”.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin