İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edildi – CƏRİMƏLƏR ARTIRILDI

Hazırda oxunan: İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edildi – CƏRİMƏLƏR ARTIRILDI

48861

Milli Məclisin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarılıb.

Bizim.Media xəbər verir ki, dəyişikliklə pərakəndə satış istisna olmaqla aksiz markası ilə markalanmalı olan və ya məcburi nişanlama ilə nişanlanmalı olan malların nağd qaydada satılması, belə malların satış məqsədi üçün nağd qaydada alınması az miqdarda (500 manatadək) törədildikdə vəzifəli şəxslər 300 manatdan 500 manatadək məbləğdə, hüquqi şəxslər 1000 manatdan 1500 manatadək məbləğdə cərimə ediləcək.

MÖVZU İLƏ BAĞLI:

“2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi QƏBUL EDİLDİ – Üçüncü oxunuşda


Müzakirələrdən sonra dəyişiklik layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin