Bakıda və bölgələrdə növbəti dəfə elektrik enerjsinin talanması halları aşkarlanıb.
Bu barədə Bizim.Media-ya "Azərişıq” ASC-dən məlumat verilib.
Məlumatda deyilir ki, qurumun əməkdaşları vəzifə təlimatına uyğun, ayda bir dəfə olmaqla elektrik sayğaclarının oxunmasını həyata keçirir.
Bu vəzifənin növbəti icrası zamanı təəssüf ki, bəzi abonentlər tərəfindən sayğaclara müdaxilə edilərək elektrik enerjisinin talanması halları müşahidə olunub.
Ümumilikdə bu ilin 11 ayı ərzində talama hallarına yol verən 1254 abonent aşkarlanıb. Həmin abonentlər üzrə itirilmiş elektrik enerjisinin miqdarı isə 17 milyon kVts-dan çox olub.
Elektrik enerjisinin abonentlərə keyfiyyətli verilməsi və talanma hallarının vaxtında qarşısının alınması məqsədi ilə “Azərişığ”ın müvafiq strukturları bu istiqamətdə mütəmadi işlər görür və bu cür neqativ halların qarşısını alırlar.
Uçotlara müdaxilə və kənar xətdən istifadə halları aşkar olunduqda həmin abonentlərin elektrik enerjisi təchizatı dərhal daynadırılır və barələrində qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülür. Həmçinin, həmin obyekt və müəssisələrin adları bundan sonra da kütləvi informasiya vasitələrində ictimaiyyətə təqdim olunacaq.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:39 / 03.12.2021
"Azərişıq" elektrik xəttinə qanunsuz qoşulmalar aşkarladı
Hazırda oxunan: "Azərişıq" elektrik xəttinə qanunsuz qoşulmalar aşkarladı
Hazırda oxunan: "Azərişıq" elektrik xəttinə qanunsuz qoşulmalar aşkarladı
0:00
0:00
48845
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.