Balakəndə karantin qaydalarını pozanlar cərimələndi - FOTO

Hazırda oxunan: Balakəndə karantin qaydalarını pozanlar cərimələndi - FOTO

48808

Balakən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları ictimai nəqliyyatda tibbi maskalardan istifadə etməyən şəxslərin aşkarlanması istiqamətində növbəti nəzarət-profilaktik tədbirlər həyata keçiriblər.

Daxili İşlər Nazirliyindən (DİN) Bizim.Media-ya verilən məlumata görə, tədbir zamanı ictimai nəqliyyat vasitələrində tibbi maskadan istifadə etməyən sərnişinlər, eləcə də sürücülər polis əməkdaşları tərəfindən müəyyənləşdirilib,onların barəsində inzibati tənbeh tədbirləri görülüb.
 

MÖVZU İLƏ BAĞLI:

Yol polisindən sürücülərə XƏBƏRDARLIQ – Bunları etməyin


Həmçinin, taksilərdə şəffaf arakəsmələr quraşdırmayan, eləcə də COVID-19 pasportu olmadan sərnişindaşıma ilə məşğul olan sürücülər inzibati məsuliyyətə cəlb ediliblər.

Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı qapalı restoran və kafelərdə müştərilərin COVID-19 pasportu,eləcə də həmin obyekt sahibləri tərəfindən karantin rejiminin qayda və tələblərinə riayət edilib-edilməməsi yoxlanılıb.

Yoxlamalar zamanı bir neçə obyektdə xidmət personalının tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etmədiyi aşkarlanıb.

Mağazalarda və digər qapalı obyektlərdə də tibbi maskadan istifadə tələbini pozan şəxslərə gəlinib, onlarla profilaktik söhbət aparılıb və ümumilikdə keçirilən tədbir zamanı 23 nəfər barəsində qanunvericiliyə uyğun müvafiq tədbir görülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin