Dünən Milli Teleradio Şurasının ANS telekanalını məhkəməyə verməyə hazırlaşan kəlbəcərli jurnalistlərə cavabı heyrət doğurdu. Bəlli oldu ki, ANS-lə məhkəmə çəkişmələrində olan bu qurum telekanalla növbəti dəfə qarşı-qarşıya gəlməkdən ehtiyat edir. Ona görə də müəmmalı davranış sərgiləyir, jurnalistlərə yalnız məhkəməyə müraciət etməyi tövsiyyə etməklə işini bitmiş hesab edir. moderator.az/?xeber=48724
Tanınmış media eksperti, professor Qulu Məhərrəmli
isə Moderator.az-a açıqlamasında MTRŞ-dən fərqli olaraq mediada və xüsusilə də telekanallarda
təhqir yolverilməz olduğunu bildirir:
“Mediada, xüsusilə də TV-də təhqir yolverilməzdir.
Lakin bir basqa mənəvi mühiti olan Azərbaycanda nəyin təhqir olduğunu müəyyənləşdirmək
çox çətinləşib. Görünür, bu səbəbdən və həm də ANS-lə növbəti münaqişəyə girməmək
üçün MTRŞ belə "mudrik" addım atıb. Fikrimcə, bu qurum öz məktubunda
kimliyindən asılı olmayaraq efirdə təhqirin yolverilməzliyini qeyd etməli,
bunun etika, yoxsa hüquq pozuntusu olmasını müeyyənləşdirmək üçün məhkəməyə
müraciət yolunu göstərməsi yaxşı olardı.”































































































