Nəciməddin Sadıqov Zəfər Paradında görünmədi - SƏBƏB

Hazırda oxunan: Nəciməddin Sadıqov Zəfər Paradında görünmədi - SƏBƏB

4877

Azərbaycan Müdafiə Nazirliyinin Baş Qərargah rəisi Nəciməddin Sadıqov hərbi parad zamanı iştirakçılar arasında gözə dəymədi. Xatırladaq ki, generalın xeyli zamandır ətrafında müxtəlif söhbətlər dolaşır.

44 günlük müharibə vaxtı gah səlahiyyətlərinin alındığı, gah da həbs olunması barədə də söhbətlər dolaşırdı.

Bizim.Media-nın müşahidələrinə görə, Baş Qərargah rəsinin adı və fotosu Müdafiə Nazirliyinin rəsmi saytından da çıxarılıb.

Məsələyə I Qarabağ Müharibəsi qazisi Rey Kərimoğlu öz münasibətini belə bildirib:

“Deyilənlərdə həqiqət var. Məndə olan məlumata  görə, Nəciməddin Sadıqov məxfi əmrlə vəzifədən uzaqlaşdırılıb. Hətta onun vəzifədən azad olunması hərbi hissələrə də elan edilib. Azərbaycan Ordusunda  korrupsiya və rüşvətxorluğun başında Nəcməddin Sadıqov dururdu." 

"Belə adamın vəzifədən çoxdan getməsi  lazım idi”.

MÖVZU İLƏ BAĞLI:

General Rövşən Əkbərov ordudan getdiyini təsdiqlədi


Xatırladaq ki, Müdafiə Nazirliyində həyata keçirilən kadr islahatları ilə bağlı digər məlumatlar da mətbuatda verilmişdi. Ordu korpusu komandiri, general-leytenant Rövşən Əkbərovun da tutduğu vəzifədən uzaqlaşdırılması haqda informasiya yayılmışdı.

General özü də bu xəbəri təsdiq edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin