"Zəlzələ ölçən heç bir cihaz özünü doğrultmayıb" – Qurban Yetirmişli

Hazırda oxunan: "Zəlzələ ölçən heç bir cihaz özünü doğrultmayıb" – Qurban Yetirmişli

48768

“Azərbaycanda baş verən zəlzələlər qorxulu deyil. Dünyanın hər yerində hər gün bu proseslər gedir”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib.

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda daha güclü zəlzələ gözlənilirmi? – Qurban Yetirmişlidən AÇIQLAMA


O, bildirib ki, Azərbaycanda hər zaman seysimoloji aktivlik var. 

“Bu günə görə dəyişilir. Elə gün olur ki, bu bir az çox, o biri gün isə az olur. Bu gün 19 yeraltı təkan olub. Elə gün olur 50-60 yeraltı təkan olur. Lakin ümumilikdə götürəndə isə bunlar hamısı çox zəif və hiss olunmur. Bu təkanlar III bal gücündən çox olmur.  Bunların da heç bir qorxusu yoxdur. Yaxın zamanlarda da Azərbaycanda  güclü katostrofik zəlzələ ehtimalı yoxdur”.

Mərkəzin direktoru qeyd edib ki, bu gün qurum  ən müasir texnologiya ilə təmin olunub. 

“Hazırda Türkiyə Fövqaladə Hallar Nazirliyinin nümayəndələri ilə bu sahədə əməkdaşlıq barədə danışıqlar aparırıq. Ən yeni seysimoloji ölçən cihaz proqramlarının öyrənilməsi, təsdiqi barədə işlər görürük”. 

Q. Yetirmişli palçıq vulkanlarla zəngin olduğu üçün Azərbaycanda seysimoloji vəziyyəti öyrənmək daha asan olması haqqında səslənən iddialara da fikir bildirib.

“Bu çox yanlış fikirdir. Biz palçıq vulkanlarının ətrafında da  onların dinamikasını izləmək üçün stansiyalar qururuq və bu istiqamətdə araşdırmalarımızı davam edirik”.

Sonda o, zəlzələnin gücünü ölçmək üçün ixtira olunan cihazların heç birinin aktual olmadığını da vurğulayıb. Onun sözlərinə görə, indiyə qədər yeraltı təkanların baş verəcəyi haqqında görülən əlamətlər heç biri özünü doğrultmayıb. 

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin