1992-ci ildə Şuşadan mülki əhalini evakuasiya edən zaman vurulan helikopterin pilotu, Azərbaycanın Milli Qəhramanı Viktor Seryoginin qızı Oksana Seryogina ailələri adından Qarabağın yenidən qurulmasına ianə edib.
Bizim.Media xəbər verir ki, sosial şəbəkələrdə Qarabağ Dirçəliş Fondunun sədri Rəhman Hacıyevin O. Seryogina ilə ianəni əks etdirən fotosu paylaşılıb.
Qeyd edək ki, Seryoginlər ailəsi Azərbaycanı 1996-cı ildə tərk ediblər.
20 ildən çoxdur Ukraynanın Xarkov şəhərində yaşayırlar. Onlar Azərbaycanı tərk edən zaman Qarabağ işğal altında olub.
2021-ci ildə Azərbaycana gələndə Qarabağ artıq azad olunmuş döyüş meydanından böyük inşaat meydanına çevrilib. Bu ərazilərin dirçəldilməsi üçün o da dəstək verib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:27 / 02.12.2021
Şuşadan şəhid olan Viktor Seryoginin qızından Qarabağın bərpasına DƏSTƏK
Hazırda oxunan: Şuşadan şəhid olan Viktor Seryoginin qızından Qarabağın bərpasına DƏSTƏK
Hazırda oxunan: Şuşadan şəhid olan Viktor Seryoginin qızından Qarabağın bərpasına DƏSTƏK
48763
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.