126 nömrəli məktəbdə bayram sevinci yaşandı

Hazırda oxunan: 126 nömrəli məktəbdə bayram sevinci yaşandı

48749

Moderator.az saytının bir neçə gün əvvəl verdiyi məlumatda bildirilirdi ki, Binəqədi rayonundakı 126 nömrəli tam orta məktəbin XI sinif şagirdi Həsənzadə Rasim qızıl medala namizəd olmaqla bərabər, həm də “İstedadların hazırlığı laboratariyası” respublika olimpiadasında uğurla irəliləyir. Məktəbin direktoru, pedaqoji ictimaiyyətdə və qələm sahibləri arasında tanınmış şair Şəmsi Qoca inamla ifadə edirdi ki, mən öz yetirməmə inanıram. 

Təbrik zəngimizə cavab olaraq Şəmsi müəllim dedi:

-Bax, inam belə olar! Mənim yetirməm sözümü təsdiq etdi!

Belə ki, xeyli vaxtdır, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq keçirilən "Gənc istedad" olimpiadasının yekun turunu səbirsizliklə izləyənlər və iştirakçılar bu gün əsl mənada şok yaşadılar. Rasim Həsənzadə  olimpiadanın qızıl medalına layiq görüldü!

 İndi Şəmsi müəllimin sevicinin həddi-hüdudu yoxdur. Onun isə daha bir arzusu var. Rasim 700 balla tələbə olsun. Biz də bu sevincə şərik olaraq 126 nömrəli məktəbin pedaqoji kollektivini təbrik edirik!


126 nömrəli məktəbdə bayram sevinci yaşandı 126 nömrəli məktəbdə bayram sevinci yaşandı 126 nömrəli məktəbdə bayram sevinci yaşandı
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin