Piyadanı vuran “AA” seriyalı avtomobil bu dövlət qurumuna MƏXSUSDUR - ÖZƏL 

Hazırda oxunan: Piyadanı vuran “AA” seriyalı avtomobil bu dövlət qurumuna MƏXSUSDUR - ÖZƏL 

48677

Xəbər verildiyi kimi bu gün Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. Hadisə Səbail rayonu, Yeni Salyan yolunda, Bibiheybət məscidi yaxınlığında baş verib. Səhər saatlarında şəhər istiqamətində hərəkətdə olan 10-AA-659 dövlət nömrə nişanlı BMW markalı minik avtomobili yolu keçmək istəyən 20-25 yaşlı gənci vurub. Piyada hadisə yerində keçinib.

Bizim.Media-nın əldə etdiyi məlumata görə 10-AA-659 dövlət nömrə nişanlı BMW markalı avtomobil Dövlət Neft Fonduna məxsusdur.

Sürücünün saxlanılması ilə bağlı hələki rəsmi məlumat verilməyib.

Faktla bağlı araşdırma aparılır.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin