Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC 1 dekabr 2021-ci tarixindən etibarən bəzi maliyyə xidmətlərində dəyişiklik edib.
Bizim.Media xəbər verir ki, “Poçt haqqında” Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinə müvafiq olaraq “Universal poçt rabitəsi xidmətləri” istisna olmaqla digər poçt rabitəsi xidmətlərinin tarifləri poçt rabitəsi operatorları tərəfindən sərbəst şəkildə müəyyən edilir.
Yeni qərara əsasən artıq poçt filialı və şöbələrində cari hesabın açılması pulsuz həyata keçirilir.
Eyni zamanda ölkədaxili pul köçürmələrinin faiz dərəcəsi aşağı endirilərək 1% təşkil edib və qeyri-nağd əməliyyatlar üzrə mübadilə rüsumu ləğv olunub.
Qeyd edək ki, “Azərpoçt”un tabeliyində olan poçt məntəqələrində cari hesabın açılması ilə yanaşı, hesab üzrə qalıq və hesab üzrə dövriyyə barədə elektron çıxarış pulsuzdur.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
23:35 / 01.12.2021
“Azərpoçt” bu xidmətlərin tariflərində dəyişiklik etdi
Hazırda oxunan: “Azərpoçt” bu xidmətlərin tariflərində dəyişiklik etdi
Hazırda oxunan: “Azərpoçt” bu xidmətlərin tariflərində dəyişiklik etdi
0:00
0:00
48633
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.