Yaxın saatlarda havanın temperaturunun dəyişiləcəyi və güclü küləyin başlanacağı barədə artıq məlumat verilib. Bəs, ümumilikdə dekabr ayında hava necə keçəcək?
Bizim.Media xəbər verir ki, təxminən 4 saat sonra Qərbdən hərəkət edən soyuq atmosfer cəbhəsi ölkə ərazisinə yaxınlaşacaq və şimal-qərb küləyi güclənəcək.
Küləyin maksimal sürəti günün ikinci yarısından axşama doğru Bakıda və Abşeron yarımadasında 15-20 m/s, arabir 23-28 m/s, bəzi yerlərdə 30 m/s olacaq. Havanın temperaturu 5-8 dərəcə aşağı enəcək. Sabah gündüz saatlarında külək zəifləyəcək.
MÖVZU İLƏ BAĞLI:
Hazırda müşahidə olunan isti havanın səbəbi açıqlandı – Temperatur enəcək
Sonrakı günlərə gəlincə, qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti dekabrın 7-dək olan hava proqnozunu açıqlayıb.
Proqnoza görə, heç də dekabrın ilk günlərində kəskin soyuqlar gözləməyə dəyməz. Belə ki, havanın temperaturu
1 dekabr +10 (gecə), +19 (gündüz) – güclü külək,
2 dekabr + 8 (gecə) güclü külək, + 11 (gündüz) mülayim külək,
3 dekabr + 6 (gecə), +12 (gündüz) – mülayim külək,
4 dekabr + 9 (gecə), +13 (gündüz) – mülayim külək
5 dekabr + 9 (gecə), güclü külək, + 12 (gündüz), mülayim külək ,
6 dekabr + 7 (gecə), güclü külək, +13 (gündüz), mülayim külək
7 dekabr +7 (gecə), +13 (gündüz) dərəcə olacaq, mülayim külək əsəcək.
Digər günlərlə bağlı hələ ki, rəsmi məlumat olmasa da, Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyrva dekabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi dövrlərdə isə bir qədər yüksək olacağının gözləndiyini açıqlayın. Onun sözlərinə görə, aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın olacağı ehtimal olunur.
Hava məlumatlarını açıqlayan “AccuWeather” saytının proqnozlarına görə də dekabr ayı kəskin soyuqlar olmayacaq.
Saytın göstəricilərinə görə, dekabrda günəşli-buludlu günlərin sayı çox olacaq. Ay ərzində gündüz saatlarında əsasən +10 dərəcə istidən +15 dərəcəyədək isti müşahidə olunan günlərin sayı üstünlük təşkil edəcək.
Yalnız dekabrın son günlərində havanın temperaturu +9 dərəcədən aşağı enəcək. Dekabrın ən soyuq günü axşam və gündüz +5 dərəcə temperaturun müşahidə olunması ilə ayın 30-da müşahidə olunacaq.
Buludlu günlərin çox olmasına baxmayaraq əsasən dekabrın 23 və 29-da yağıntılı keçəcək.
Xatirə Nəsirli, Bizim.Media