Xızı rayonu ərazisində “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirən zaman qəzaya uğrayan Dövlət Sərhəd Xidmətinə məxsus helikopterdə həlak olanlarla “Sərhədçi” İdman Kompleksində keçirilən vida mərasimi kədərli anlar yaşanıb.
Bizim.Media xəbər verir ki, kapitan Teymur Qaraisayevin iki azyaşlı övladı vida mərasimində şəhid kapitanı son mənzilə yola salmağa gəliblər.
MÖVZU İLƏ BAĞLI:
Helikopter qəzasında həlak olan hərbçilərlə vida mərasimindən FOTOLAR
Şəhid övladları atalarının fotosu qarşısında göz yaşları töküblər.
Qeyd edək ki, həlak olan hərbçilər II Şəhidlər xiyabanında dəfn olunacaq.
Xatırladıq ki, kapitan, 1983-cü il təvəllüdlü Teymur Ənvər oğlu Qaraisayev Qərbi azərbaycanlıdır. Ermənistan Respublikasının Kalinino rayonunda doğulub. Bakının Nizami rayonunda yaşayırdı.
Bizim.Media