Şəhid kapitanın atası: “Düzdür, ömür boyu əzab-əziyyət çəkəcəm, amma…”

Hazırda oxunan: Şəhid kapitanın atası: “Düzdür, ömür boyu əzab-əziyyət çəkəcəm, amma…”

48558

“Mənim balam şəhid olub. Onunla fəxr edirəm”.

Bizim.Media xəbər verir ki, bu sözləri ötən gün Xızıda helikopter qəzası zamanı şəhid olan 14 hərbçi ilə keçirilən vida mərasimində kapitan Xəyyam Əliyevin atası Əlixan Əliyev deyib.

İtkisinin ağır olduğunu deyən ata övladının şəhid olmasının ona dözüm verdiyini bildirib:
 

“Ana- bacılarımdan xahiş edirəm ki, onlar üçün ağlamasınlar. Sağ olsun millətimiz, torpağımız. Mən dünyanın yarısını gəzmişəm. Hara gedirdim, başımı aşağı salırdım. İndi fəxrlə gəzirəm.


Torpaqlarımız azad olunub. Düzdür, ömür boyu əzab-əziyyət çəkəcəm. Amma mənə dözüm verən onun şəhidliyidir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin