13 hərbçinin və 1 işçinin şəhid olduğu helikopter qəzasında “işçi” kimi təqdim olunan şəxsin kimliyi bəlli olub.
Bizim.Media xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.
Qeyd olunub ki, həmin şəxs ehtiyatda olan Polkovnik Nəbiyev Elçin Fikrət oğludur.
1967-ci ildə Balakəndə doğulan Elçin Nəbiyev sovet vaxtı Rusiyanın MİQ-31 qırıcı təyyarəsində uçuşlar həyata keçirən ilk və yeganə azərbaycanlı olub.
1-ci Qarabağ müharibəsində ön cəbhədə düşmənin koordinatlarını və atəş nöqtələrini artilleriya və aviasiyaya ötürüb, sonralar Mİ-24 və Mİ-8 helikopterinə şturman kimi keçid alıb.
44 günlük İkinci Qarabağ Müharibəsində uğurlu əməliyyatların tərtibinidə müəlliflərdən biri, ön cəbhədə məxfi qərargahda birbaşa iştirakı olan Azərbaycanın gizli qəhramanlarından biridir.
Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri noyabrın 30-da Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Nəticədə 14 nəfər həlak olub, 2 nəfər yaralanıb.
Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 352.2 (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanıb.
Bizim.Media