“Son zamanlar şantaj olunan qadınlar mərkəzimizə daha çox müraciət edir. Təkcə gənc qadınlar deyil, şantaj olunan oğlanlar da müraciət edənlər arasındadır. Çünki onlar arasında da homoseksual münasibətlərin sayı yetəri qədər artıb”.
Bunu Bizim.Media-ya açıqlamasında şantaja görə artan intiharlar mövzusuna münasibət bildirən tanınmış psixoloq, “HUMEL” psixologiya mərkəzinin rəhbəri Tariyel Faziloğlu deyib.
Onun sözlərinə görə hazırda virtual münasibətlərin informasiya zəhərlənməsindən qaynaqlanan bir durum formalaşıb:
MÖVZU İLƏ BAĞLI:
İntim məlumatlarla ŞANTAJA məruz qalanlar nə etməlidir? – Hüquqi və psixoloji CAVAB
“Virtual münasibətlərdə insanlar özlərini daha rahat və sərbəst hiss edirlər. Rahat hiss etdiklərinə görə özlərinə bəlli bir sərhədləmələr qoymurlar. Adətən gənclik və yeniyetməlik dönəminə uyğun olaraq emossiaonal vəziyyətləri yüksək olan bu kateqoriya sahibləri məsələni seksual mövzulara gətirib virtual intim söhbətləri apara bilirlər.
Bir az da irəli gedib foto, video, erotik görüntüləri emossional vəziyyətlə əlaqıdar və sonunu düşünmədən qarşılıqlı bir-birlərinə göndərirlər. Bunu real yaşamağa etiraz edəndə isə şantaj halına gətirməyə çalışırlar ki, bu da qorxu və sonda isə affet durum yaradır. Beləliklə həmin durumda olan insanlar intihara asanlıqla əl ata bilirlər”.
Psixoloqun sözlərinə görə şantaja uğrama ümumiyyətlə yaşla əlaqədar deyil və hər şayda müəyyən psixoloji böhran vəziyyətlər var:
“Bu böhran dönəmlərində də insanlar bu münasibətləri görə bilirlər. Hər yaş qrupunun bu cür şantajla üzləşməsi və virtual münasibətə məruz qalması görünəndir. Bu, evli, subaya da baxmır. Hətta son zamanlar evli xanımların bu cür şantajla üzləşmə halları həddindən artıq çoxalıb. Azərbaycan insanı psixoloji baxımdan çox məlumatsızdır.
İnsanlar o anda ağlından keçəni emossional olaraq həyata keçirə bilir. Amma sonunun nə ilə nəticələnəcəyini dərk etmir. Bu baxımdan insanların psixoloji baxımdan məlumat bazası gücləndirilməlidir”.
Xatırladaq ki, iki gün əvvəl paytaxtın Yasamal rayonunda 19 yaşlı Fidan Niftəliyevanın özünə qəsd etməsi ilə bağlı məlumat yayılıb. Məlumata görə intihar etmiş 19 yaşlı Fidan Niftəliyeva açıq-saçıq videoları ilə şantaj edilirmiş. Onun, “18+” kateqoriyasından olan videoları sosial şəbəkələrin birinin qrupunda paylaşılıb.
Alçina Amilqızı, Bizim.Media