Vasif Talıbovun xobbisi

Hazırda oxunan: Vasif Talıbovun xobbisi

48461

Tanınmış hüquqşünas Aslan İsmayılov şəhərin əsas problemlərindən biri olan, insanların sərbəst hərəkətinə maneçilik törədən səkilərin məmurlar tərəfindən bağlanmasından yazıb.

Moderator.az Aslan İsmayılovun fikirlərini oxuculara təqdim edir.

“Bakı küçələri günü gündən keçilməz olur. Fiziki qüsuru olanları demirəm, tam sağlam insanlar üçün şəhərdə hərəkət etmək mümkün deyil. Piyadalar üçün nəzərdə tutulmuş səkiləri hərə istədiyi kimi bağlayır, obyekt açır, zirzəmilərdə açdıqları obyektlərə pilləkənlər düzəldir... Piyadalar üçün nəzərdə tutulmuş səkini kəsmək (buna yol kəsmək deyirlər) Vasif Talıbovun xobbisidir. Qoqol Tolstoy küçələrinin kəsişməsini bağlayıb gül balalarının maşınları üçün avtomobil dayanacağı etdi, Həsənoğlu Aşıq Alı kəsişməsindəki səkini isə özünə məxsus "Divan" mehmanxanasına dayanacaq etdi. Elə "Divan" mehmanxanasının yerində də əvvəllər 4 dənə 10 mərtəbəli yaşayış binasında yaşayanların uşaqlarının bağçası idi. Kəsə desəm satılası torpaqlar qurtardığından icra başçıları səkiləri satırlar. 
Xaricdə ilk dəfə olanlar əlil arabasında olan insanların çoxluğundan şoka düşüb şükür edirlər ki, bu sahədə analoqumuz yoxdur. Ona görə ki, Bakıda əlil arabasında olanlar demək olar ki, yoxdur. Ancaq çoxları bilmir ki, fiziki qüsuru olanların sayı Bakıda yüz mindən də artıqdır. Sadəcə vicdandan əlillər səkiləri o günə qoyublar ki, onlar sadəcə küçələrə çıxa bilmirlər və dörd divar arasında yaşamağa məhkumdurlar. Hələ onların evlərindən düşməyin də mümkünsüz olmağından danışmıram.
Ona görə də bütün varlığımla Bakıda mer seçkilərini arzulayıram. Bəri başdan da deyirəm ki, ev yıxmağın qəti əleyhinə olsam da, küçələrdə insanları hərəkətinə mane olan bütün obyektlərin sökülməsinin tərəfdarı olacam. Birinci növbədə bu öhdəliyi öz üzərinə götürən namizədin tərəfdarı, təbliğatçısı olacam və bütün varlığımla onun qalib gəlməyənə çalışacam”.
P.S. Qazanc üçün hər addıma hazır olanlar, bilin ki, çoxları məni kimi düşünür. Çalışın mayanız batmasın.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin