Azərbaycanlının kombi qurğusu uğurla sınaqdan keçirildi - FOTO

Hazırda oxunan: Azərbaycanlının kombi qurğusu uğurla sınaqdan keçirildi - FOTO

48442

Tərtərli mühəndis texnoloq Alman modelinə alternativ olaraq ixtira etdiyi  yeni qızdırıcı kombi qurğusunu uğurla sınaqdan keçirib.

Bizim.Media-nın məlumatına görə, Varonej Texnologiya İnstitunun məzunu olan Sahib Bayramov Az.Kombi adlandırdığı qızdırıcı qurğuların səmərəliliyinin artırılması üçün on ildən çox vaxt sərf edib.

Son olaraq ev şəraitində tamamilə yeni sistem və texniki şərtlər altında çalışan kombi qurğusu yaratmağa nail olub.

Mühəndis texnoloqun əldə etdiyi elmi nəticə gözləntiləri də üstələyib. Hətta Almaniya istehsalı olan oxşar qızdırıcılarla müqayisədə Sahib Bayramovun ərsəyə gətirdiyi qurğu bir çox üstünlüklərə malikdir. Belə ki, Az.Kombi adlandırdığı qurğu işə düşərkən mətbəx və vanna otağında norma isti suyu təmin etmək üçün  isitmə sistemində hər hansı əlavə təzyiqə ehtiyac qalmır. Hətta 15 kvt gücündə işlərkən 5-7 nəfərlik ailəni fasiləsiz  normal istiliklə təchiz edir, il boyu dayanmır. Bir neçə funksiya bir kompleksdən idarə olunur.

Servis xidmətləri və maddi sərfiyyat azalır. Az.Kombi olan yerdə əlavə “pitiminutka” qurğuya ehtiyac qalmır. Qızdırıcı qışda kombi, yayda “pitiminutka” vəzifəsini icra edir.  Təbii və maye qazla işləyir.

Sahib Bayramovun sözlərinə görə, ixtirası buraxılan zərərli qaz tullantıların miqdarını da minimuma endirir. Ən əsası bütün dünyada aparılan araşdırmalara rəqmən qurquda istilik təminatını 94 faizdən artıq qorumaq mümkün omasa da Az.Kombi bu işin 98 faiz öhdəsindən gəlir.

Müvafiq razılaşmaya uyqun olaraq Sahib Bayramovun kombisi Sumqayit TEXNOLOGIYALAR Parkında müasir formada hazırlanaraq SINAQ edulib, nəticələr uğurlu alınıb.

Kombilərin daha səmərəli və modern Azərbaycan modeli təsdiqini tapıb.

Sahib Bayramovun Bizim.Mediayaverdiyi açıqlamaya görə Az.Kombinin kütləvi istehsalı üçün yalnız bir məsələ qalıb, o da  İqtisadiyyat Nazirliyinin dəstəyidir.  



Ehtiram Muradov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin