“Şanlı Müharibəmizin yekununa da Şuşa şəhərində vuruld. Şuşa işğal altına düşmüş birinci şəhərimiz idi, işğaldan azad olunan sonuncu şəhər oldu. Şuşa düşməndən azad olunandan sonra düşmənin beli qırıldı. Düşmən təslim olmağa məcbur oldu.”.
Bizim.Media xəbər verir ki, bunu Prezident İlham Əliyev bu gün keçirilən Zəfər paradında söyləyib.
Dövlət başçısı Şuşa şəhərinin azad edilməsini tarixi hadisə adlandırıb:
“Bizim ordumuz, qəhrəman övladlarımız dağlardan, dərələrdən, meşələrdən, cığırlardan keçərək sıldırım qayaları dəf edərək, qalalar vasitəsilə dırmaşaraq Şuşaya qalxıb, orada əlbəyaxa döyüşdə düşməni məhv etdi. Azərbaycan bayrağını Şuşada qaldırdı.
Bundan bir gün sonra daha 70 kənd işğalçılardan azad ediləndən sonra Ermənistan təslim oldu. Ağ bayraq qaldırdı, diz çökdü, öz layiqli cəzasını aldı, imdad dilədi”.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:00 / 10.12.2020
Dövlət başçısı: ''Şuşadan sonra düşmənin beli qırıldı''
Hazırda oxunan: Dövlət başçısı: ''Şuşadan sonra düşmənin beli qırıldı''
Hazırda oxunan: Dövlət başçısı: ''Şuşadan sonra düşmənin beli qırıldı''
4843
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.