İstehlak zamanı şirniyyat məhsulundan qurd çıxması ilə bağlı KİV-də yayılan məlumat əsasında “Kazbek” marketdə plandankənar yoxlama keçirib.
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) Bizim.Media-ya verilən məlumata görə, Bakı şəhəri, Yasamal rayonu, Hüseyn Cavid pr., ev “Q”, 556/557-ci məhəllə, m.1 ünvanında yerləşən, fiziki şəxs Nağıyev Araz Fazil oğluna məxsus marketdə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, sanitar norma və qaydaların tələblərinin pozulduğu aşkar edilib.
Belə ki, marketdə mal qonşuluğu prinsipinin pozulduğu, temperatur rejiminə əməl olunmadığı, həmçinin işçi heyətin dövri olaraq tibbi müayinədən keçmədiyi, dezinfeksiya, deratizasiya və dezinseksiya işlərinin aparılmadığı müəyyən edilib.
Aşkar olunmuş faktla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, müəssisə rəhbəri inzibati məsuliyyətə cəlb olunub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:25 / 30.11.2021
Bakıda marketin rəhbəri CƏZALANDIRILDI - Məhsullarından qurd çıxıb
Hazırda oxunan: Bakıda marketin rəhbəri CƏZALANDIRILDI - Məhsullarından qurd çıxıb
Hazırda oxunan: Bakıda marketin rəhbəri CƏZALANDIRILDI - Məhsullarından qurd çıxıb
48429
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.