Ötən gün 12 obyekt sahibi barəsində cinayət işi açıldı - RƏSMİ

Hazırda oxunan: Ötən gün 12 obyekt sahibi barəsində cinayət işi açıldı - RƏSMİ

48368

Noyabrın 29-da Bakı şəhərində və respublika ərazisində 177 toy şənliyinin monitorinqi həyata keçirilib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, yoxlamalar DİN-in, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri tərəfindən həyata keçirilib.
 

MÖVZU İLƏ BAĞLI:

Obyektlərin girişində vətəndaşlardan şəxsiyyət vəsiqəsi tələb edilə bilərmi? – CAVAB


Belə ki, monitorinq 173 şadlıq sarayında, dörd şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, beş nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 12 obyekt sahibi barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb, 91 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin