İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti mənzil-tikinti kooperativləri tərəfindən yeni inşa olunan çoxmənzilli binalarda elektrik sayğaclarının quraşdırılması ilə əlaqədar antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılan işə dair qərar qəbul edib.
Bizim.Media-nın Dövlət Xidmətinə istinadən verdiyi məlumata görə, işə baxılması zamanı “Azərişıq” ASC tərəfindən çoxmənzilli yaşayış binalarında istehlakçılar üçün elektrik sayğaclarının onların özləri ilə deyil, mənzil-tikinti kooperativləri ilə bağlanılan müqavilə əsasında quraşdırıldığı və nəticədə sayğacların dəyərinin istehlakçılardan tələb edilməsi müəyyən olunub.
MÖVZU İLƏ BAĞLI:
Dekabrdan qaz sayğacları BORCA görə dayanacaq - “Azəriqaz” rəhbəri - VİDEO
Qəbul edilən qərara əsasən, fiziki şəxs olan istehlakçıların müraciətləri və onlarla bağlanılan elektrik enerjisinin alqı-satqı müqaviləsi əsasında elektrik sayğaclarının enerji təchizatı müəssisəsinin hesabına quraşdırılması barədə "Azərişıq" ASC-yə göstəriş verilib.
Bu göstəriş elektrik enerjisi təsərrüfatı qanunvericiliklə müəyyən edilən qaydada istismara verilən çoxmənzilli yaşayış binalarına aiddir.
Həmçinin sözügedən mənzillərin elektrik şəbəkəsinə qoşulmasından irəli gələn digər məsələlərin həlli, o cümlədən aidiyyəti normativ hüquqi aktlar üzrə nəzərdə tutulan tədbirlərin Səhmdar Cəmiyyət tərəfindən təmin edilməsi də qərarda öz əksini tapıb.
Bizim.Media