Azərbaycanda iki rayonun böyük hissəsinin qaz təchizatı müvəqqəti dayandırılacaq.
Bizim.Media “Azəriqaz”a istinadən xəbər verir ki, sabah “Qaz İxrac” İdarəsinə məxsus “Cəfərabad” QPS-də aparılacaq təmir işləri ilə əlaqədar saat 09:00-dan işlər başa çatanadək Şəki rayonunun (Şəki şəhəri və rayonun 30 kəndi) qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
MÖVZU İLƏ BAĞLI:
Sabah bu rayonlarda təbii qaz olmayacaq - DİQQƏT!
Həmçinin, Goranboy rayonu ərazisində qaz təchizatı şəbəkəsində “Təmiz Qaz” QSC tərəfindən aparılan texniki baxış zamanı aşkar olunmuş qaz sızmalarının ləğvi ilə bağlı sabah saat 09:00-dan 17:00-dək Goranboy rayonunda yerləşən əhali qrupu üzrə (Goranboy şəhəri və 63 yaşayış məntəqəsi) istehlakçıların qaz təchizatı dayandırılacaq.
Bizim.Media