Azərbaycanlı qadınla erməni kişi birlikdə -FOTO

Hazırda oxunan: Azərbaycanlı qadınla erməni kişi birlikdə -FOTO

48223
Azərbaycanlı xanım erməni kişi ilə... Hüquq müdafiəçisi Arzu Abdullayeva ilə Karen Ohanjanyanın birgə çəkdirdikləri fotonu görməyincə, azərbaycanlı üçün bu mənzərəni təsəvvür etmək çox çətin idi. 
 “Facebook” sosial şəbəkəsində azərbaycanlı hüquq müdafiəçisi, Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Milli Komitəsinin sədri Arzu Abdullayeva ilə "Helsinki Təşəbbüsü - 92" komitəsinin koordinatoru, Helsinki Vətəndaş Assambleyasının Dağlıq Qarabağ üzrə nümayəndələrindən biri, erməni Karen Ohanjanyanın birgə fotosu yayılıb.

Foto Gürcüstanın paytaxtı Tiflisdəki "Starıy Tbilisi" otelinin qarşısında çəkilib. 

Xatırladaq ki, Karen Ohancanyan bir müddət əvvəl Bakıya Helsinki Vətəndaş Assambleyasının nümayəndə heyətinin tərkibində Bakıya səfər etmişdi. Karen geri dönərkən Baklı aeroportunda döyülmüşdü. 



Qeyd edək ki, Karen Ohanjanyan Ermənistanda yeganə adamdır ki, Xocalı faciəsinə görə Azərbaycandan üzr istəyib. Ohancanyan bunu 2009-cu ildə “Azadlıq” radiosuna müsahibəsində deyib: “Mən Ermənistanda yeganə adamam ki, Xocalıda yaşayan Azərbaycan millətindən olan dinc vətəndaşlara qarşı zorakılığa görə şəxsən öz adımdan üzr istəmişəm. Biz çalışmalıyıq ki, gələcəkdə xalqlarımız arasında belə zorakılıqlar yaşanmasın. Biz əlimizdən gələni etməliyik ki, barışıq prosesi başlasın, bizim xalqlar dinc yanaşı yaşasınlar. Xocalı bizim tariximizdə çox kədərli bir faktdır. Biz bunu unutmamalıyıq və çalışmalıyıq ki, belə hadisə bir də baş verməsin”.(ANS PRESS)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin