Bu gün Bakının baş meydanında Azərbaycan Silahlı Qüvvələrinin Vətən Müharibəsindəki tarixi qələbəsi münasibətilə Zəfər Paradı keçiriləcək.
Zəfər Paradını niyə məhz 10-dekabrda keçirilməsi maraqlı mülahizələrlə müşahidə olunur. Bu tarixin Azərbaycan üçün anlamı genişdir.
Azərbaycan Ordusunun sentyabrın 27-dən başlayaraq 44 günlük ildırımsürətli müharibədə Ermənistanı məğlub edərək işğal altındakı ərazilərini azad etməsi təkcə ölkəmizin tarixində deyil, dünya hərb tarixində də mühüm səhifədir.
Təsadüfi deyil ki, Azərbaycan ordusunun bu şanlı qələbəsi hətta dünyanın supergüc dövlətlərinin hərbi dairələri tərəfindən heyrətlə qarşılanmış və İkinci Qarabağ müharibəsindən dərslər çıxarılması vacibliyi haqda mülahizələr populyarlaşmağa başlayıb.
Bakının "Azadlıq” meydanında baş tutan Qələbə paradı təkcə ölkəmizin düşmən üzərindəki qələbəsinin təntənəsi deyil, bu həm də bölgədə erməni faşizminin məhv edilməsinin nümayişidir.
Hərbi paradın 10 dekabr tarixinə təyin olunması isə beynəlxalq aləmə verilmiş subliminal mesaj kimi dəyərləndirilə bilər. Azərbaycan prezidenti İlham Əliyevin hərbi paradı məhz 10 dekabr tarixinə salması düşünülmüş addım idi.
Maraqlıdır, bəs 10 dekabr tarixinin üzərində dayanılmasının səbəbi nədir?
10 dekabr tarixi 1991-ci ildə Dağlıq Qarabağda elan edilmiş, Azərbaycanın 2020-ci il qələbəsindən sonra isə tarixin arxivinə göndərilmiş qondarma separatçı rejim üçün simvolik önəm daşıyırdı.
Belə ki, 10 dekabr 1991-ci ildə Dağlıq Qarabağda qondarma respublikanın müstəqilliyinə dair referendum keçirilib.
Dağlıq Qarabağın azərbaycanlı əhalisinin iştirak etmədiyi referendumda ermənilər müstəqilliyə "səs veriblər”.
Azərbaycan dünya ermənilərinin hər il xüsusi təmtəraqla qeyd etdiyi 10 dekabr tarixində Zəfər paradı keçirməklə həm Ermənistana, həm də onun dünyadakı himayədarlarına mesaj vermiş oldu – Qarabağ Azərbaycandır və bu, həmişə belə qalacaq!
Azərbaycan xalqı, dövləti və ordusu isə müharibədə təkcə işğal altındakı Qarabağı yox, həm də 10 dekabr tarixini azad etdi.
Böyük Zəfərimiz mübarək!
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:16 / 10.12.2020
Zəfər Paradı niyə 10 dekabrda keçirilir? -AZƏRBAYCANIN DÜNYAYA MESAJI
Hazırda oxunan: Zəfər Paradı niyə 10 dekabrda keçirilir? -AZƏRBAYCANIN DÜNYAYA MESAJI
Hazırda oxunan: Zəfər Paradı niyə 10 dekabrda keçirilir? -AZƏRBAYCANIN DÜNYAYA MESAJI
4821
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.