Pandemiya dövründə yəni yanvar ayı ərzində
Bakı-İstanbul-Bakı,
Bakı-Ankara -Bakı,
Bakı-Antalya-Bakı
və hər gün 1 dəfə olmaqla Bakı-Naxçıvan-Bakı reysləri üzrə xüsusi uçuşlar davam etdiriləcək.
Bunu Bizim.Media-ya açıqlamasında “AZAL”ın mətbuat katibi Paşa Kəsəmənski bildirib.
Qurum sözçücü deyir ki əhalidə çaşqınlıq yaranmasın. Əgər vətəndaş pandemiya dövründə mövcud reyslər üzrə bilet alıbsa uçuşlarını həyata keçirə biləcəklər.
Bizim.Media
***
“Azərbaycan Hava Yolları” QSC müntəzəm resylər üzrə uçuşları yanvar ayının 31-nə kimi təxirə salıb.
Müntəzəm reyslər üzrə olan uçuşlara Türkiyə, Moskva, Avropanın bir neçə ölkəsi üzrə olan digər istiqamətlər daxildir.
Bunu Bizim.Media-ya açıqlamasında “AZAL”-ın mətbuat katibi Paşa Kəsəmənski dedi.
O bildirdi ki, bu qərar koronavirus pandemiyası ilə bağlıdır və sərtləşdirilmiş karantin dövründə ancaq çarter və xüsusi reyslər üzrə uçuşlar olacaq:
“Uçuşların dayandırılamsına məqsəd Nazirlər Kabineti yanında Operativ Qərargahın Məlumatına əsasən, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya hesab olunan koranavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınmasıdır”.
Gülşanə Mustafayeva, Bizim.Media