Azərbaycanda polis idarədə bıçaqlandı

Hazırda oxunan: Azərbaycanda polis idarədə bıçaqlandı

48142

Daxili İşlər Nazirliyi (DİN) Şirvan şəhərində Mənzil Kommunal İstismar Sahəsi İdarəsində polisin bıçaqlanması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

Bizim.Media xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən bildirilib ki, qeyd edilən hadisə noyabrın 26-da baş verib:

“Xuliqanlıq hərəkətləri edən Xəqani Əliyev hadisə zamanı polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 221.3 (Xuliqanlıq -  Bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə cinayət işi açılıb”.

“Şirvan Şəhər Məhkəməsinin qərarı ilə X.Əliyev barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilib, cinayət işi üzrə araşdırmalar davam etdirilir”, - deyə mənbə qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin