Nazirlikdən xəstəxanadakı sirli otaqla bağlı - Açıqlama

Hazırda oxunan: Nazirlikdən xəstəxanadakı sirli otaqla bağlı - Açıqlama

48108
Dünən sosial şəbəkələrdə Masallı rayon xəstəxanalarından birində yerləşən müəmmalı otağın fotosu yayılıb. 


Fotoda görünən budur ki, otağın qapısının ağzına şkaf qoyulub və otağa girmək üçün mütləq şkafın içindən keçməlisən. Eyni halda şkafın qapısı bağlananda isə otağın olması tamamilə bilinmir. 

Moderator.az-ın xəbərinə görə, xarici filmlərdəki səhnəni xatırladan müəmmalı fotoya aydınlıq gətirmək üçün azadxeber.net saytı Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Anar Qədirliyə müraciət edib.

Nazirlik rəsmisi bildirib ki, sözügedən foto ilə bağlı Masallı rayon baş həkimi ilə əlaqə saxlayıb. 

Həkimlərin də fotonu internetdə gördüklərini söyləyən Anar Qədirli, “foto Masallı rayon xəstəxanasında lentə alınmayıb. Xəstəxanada təmir işləri getdiyi üçün müvəqqəti olaraq başqa bir binaya köçürülüb. Müvəqqəti yerləşdikləri həmin binada isə belə bir otaq var,” ”“ deyə bildirib: 

“Əvvəl oranın nə kimi istifadə olunduğunu bilmirəm. Lakin hazırda həmin otaqdan palata kimi istifadə edirlər. Lakin bilmirəm nəyə görə qapının qarşısına şkaf qoyulub”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin