Bakının məşhur şadlıq sarayında POLİS yoxlaması - VİDEO

Hazırda oxunan: Bakının məşhur şadlıq sarayında POLİS yoxlaması - VİDEO

0:00
0:00
47972

Polis əməkdaşları Bakı şəhərində 311 şadlıq sarayı, restoran və digər iaşə obyektlərində xüsusi karantin rejiminin tələblərinə riayət olunması ilə bağlı yoxlamalar aparıblar.

Daxili İşlər Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, nəticədə bir neçə obyektdə, o cümlədən Səbail rayonunda “Mojo” gecə klubu, “Vinice Pub” restoranı, Nizami rayonunda “Ay İşığı” və “Grand Neon” şadlıq sarayları, Nərimanov rayonunda isə “Kaştan” çay evində karantin qaydalarının pozulması halları aşkar edilib.

Adları çəkilən obyektlərin icarədarları və karantin qaydalarına nəzarət etməli olan məsul əməkdaşları barədə inzibati protokollar tərtib olunub.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin