Qubada tapılan naməlum məzarlıqda olan insan meyitləri 1918-ci ildə ermənilərin Quba qəzasında törətdiyi soyqırıma aid deyil.
Bu barədə Bizim.Media-ya Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya, Etnoqrafiya və Antropolgiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Qəhrəman Ağayev bildirib.
O, deyib ki, Qubanın İkinci Nügədi kəndində aşkar edilmiş məzarlıqdakı sümüklərin təxminən 130 ildən yuxarı yaşı var.
MÖVZU İLƏ BAĞLI:
Qubada tapılan kütləvi məzarlıqla bağlı YENİ XƏBƏR - 200 ilə yaxın sümüklər... - VİDEO
“Bu sümüklər 1918-ci ildə ermənilərin Quba qəzasında törətdiyi soyqırımda öldürülən insanlara məxsus deyil. Bu barədə məlumatın Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyindən verdiyi bildirilib”.
Xatırladaq ki, Qubada kütləvi məzarlıq tapılandan sonra Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti əraziyə baxış keçirmək üçün Azərbaycan Milli Elmlər Akademiyasına müraciət edib.
Qeyd edək ki, Qubada kütləvi məzarlığın tapılması ilə bağlı məsələni ilk dəfə Bizim.Media işıqlandırıb. Arxeoloq Qəhrəman Ağayevlə Bizim media əməkdaşı birgə kütləvi məzarlığın tapıldığı İkinci Nügədi kəndində olub.
Aytəkin Alxaslı, Bizim.Media