Məcburi köçkünlərin məskunlaşdığı keçmiş Mingəçevir Turist Bazasının ərazisində ötən gecə növbəti dəfə sürüşümə baş verib.
Bizim.Media xəbər verir ki, hadisə zamanı Ağdam rayon sakini Vəli Zeynalova məxsus tikiliyə zərər dəyib.
MÖVZU İLƏ BAĞLI:
Qubada torpaq sürüşməsi - Proses hələ tam səngiməyib
"Bayıra çıxanda ailəmizə məxsus əşyaların saxlandığı tikilidə geniş çatlar yarandığını və şüşələrinin qırılaraq yerə töküldüyünü gördük", - deyə V.Zeynalov bildirib.
Onun sözlərinə görə, xoşbəxtlikdən həmin an tikilidə kimsə olmayıb.
Qeyd edək ki, 60-dan çox ailənin yaşadığı sözügedən ərazidə sürüşmə artıq davamlı xarakter alıb.
Məsələ ilə bağlı Ağdam Rayon İcra Hakimiyyətinin Mingəçevir şəhəri üzrə səlahiyyətli nümayəndəsi Rafiq Muxtarova müraciət etdik.
O, ərazidə sürüşmə ilə bağlı vəziyyətin təhlil olunduğunu bildirdi:
"Proses uzun müddətdir ki, müəyyən fasilələrlə davam edir. Məsələ ilə bağlı aidiyyatı qurumlar məlumatlandırılıb. Təkcə son bir il ərzində sürüşmə nəticəsində evi təhlükəyə məruz qalan 3 ailə 23 saylı Uşaq Bağçası Körpələr Evinin ərazisinə köçürülüb. Daha bir neçə ailə isə şəhərin başqa ərazilərində yerləşən evlərə kirayəyə çıxarılıb".
Ehtiram Muradov, Bizim.Media - Mərkəzi Aran bölgəsi