O, Ukraynada həbs edildi - Bu gün Bakıya gətirilib

Hazırda oxunan: O, Ukraynada həbs edildi - Bu gün Bakıya gətirilib

0:00
0:00
47859

Ukraynda həbs edilən Azərbaycan vətəndaşı ekstradisiya edilib.

Baş Prokurorluqdan Bizim.Media-ya verilən məlumata görə, ekstradisiya edilən Mövsümov Mövsüm Vaqif oğlu barəsində etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib külli miqdarda maddi ziyan vurmaqla dələduzluq əməlini törətməsinə dair əsaslı şübhələr müəyyən edilib.

Bununla bağlı Azərbaycan Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat idarəsində barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunması haqqında qərar qəbul edilib. O, cinayət təqibi orqanından gizləndiyinə görə beynəlxalq axtarışa verilib.

Sözügedən şəxs 2021-ci ilin may ayında şəxs Ukrayna ərazisində müəyyən edilərək həbs edilib.

Qeyd edək ki, bu gün Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə M.Mövsümov Ukraynadan Azərbaycana gətirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin