Bu bürclərdən qorxun – Ən dözülməzlərin SIRALANMASI

Hazırda oxunan: Bu bürclərdən qorxun – Ən dözülməzlərin SIRALANMASI

47836

İnsanların çatışmazlıqları bəzən güldürür, hərdən də çətin situasiya yaradır. Müxtəlif bürclərin xoşagəlməz xüsusiyyətləri var. Onlardan bəziləri isə hətta dözülməzdir.

Bizim.Media 12 bürcün hamısının ürəyə yatmayan keyfiyyətlərini toplayıb. Bu dəfə 1-ci yerdə ən çətin xarakterli bürc qərarlaşacaq.

12 – Balıqlar

Dolça və əqrəblərdən fərqli olaraq balıqlar çox həssasdırlar. Bu bir tərəfdən yaxşıdır, digər yandan isə yox. Çünki balıqlar ən xırda səbəbə görə, yerli-yersiz ağlaşma qura bilirlər. Amma balıqların ən qıcıqlandıran xüsusiyyəti onların güvənli olmaması, dağınıqlığ və infaltizmdir (uşaqağıllılıq) . 

11 – Dolça

Olmadıqları bir fərd olmaq istəyirlər. Bu səbəbdən özü kimi olmaqdansa, rola girirlər. Qıcıqlandırıcı xüsusiyyətləri arasında söhbəti tutmamaq, yersiz zarafat etmək də var. Üzr istəməkləri də səs-küylü reaksiya gələndə baş verir.

10 – Tərəzi

Bu bürclər ətrafa irad bildirməkdə çətinlik çəkir və hətta öz maraqlarına görə də konfliktə girməkdən çəkinirlər. Bu isə onları hikkəli, boğulmuş vəziyyətdə saxlayır ki, ətrafa pis təsir edir. Hirsin soyutmaq üçün sarkazmdan istifadə edir.

9 – Buğa

Tərslik və tənbəllik buğaların şəxsi yoldaşlarıdır. Dəyişikliyi sevmirlər. Amma ambisiyaları çoxdur. Divanda uzanaraq varlanmaq onları daha çox qane edərdi. İnadkarlıqları qıcıq yarada bilir.

8 – Şir

Hədsiz lovğalıq onları bezdirici edir. Onlar düşünür ki, əla yumor hissləri var. Ona görə də çox zarafat edirlər. 

7 – Əkizlər

Bu bürc müxtəlif xasiyyətlərə uyğunlaşa bilir. Amma söhbətləşmək və qeybətə meyillidirlər. Bir çox əkizlər özlərindən başqa kimisə qəbul etmirlər. Dialoqlarda solistliyi sevirlər. Yəni əsas danışan şəxs kimi məclisi ələ almaqdan söhbət gedir. Amma bu halda söhbətin kiməsə maraqlı olub-olmadığı əkizlərə maraqlı deyil. Bəzən sirr saxlaya bilməməklərini digərlərini onlardan uzaq tutur. 

6 – Qız

Bəzən müsbət meyar olan ləyaqət çatışmazlığa dönür. Onların nizam-intizam, tələbkarlığı çoxlarını itələyir. Özünə tənqidi yanaşdığı kimi başqalarına qarşı da belədirlər. 

5 – Əqrəb

Zəhərləmək, kinayə və təkəbbürdə çox “səxavətli”dirlər. Özlərini cilovlaya bilmirlər. Manipulyasiyanı bacarır və ətrafdakılar da bunu bilir deyə aralı gəzməyə üstünlük verirlər.

4 – Qoç

Mübahisəni sevir. Diskusiya bəhanəsinə ehtiyacı yoxdur, əsas olan mövzudur. Başqasının nəzər nöqtəsini qəbul edə bilmir. Prinsipdə də demokratik deyil. 

3 – Xərçəng

Elə bilirlər ki, onlar möhkəm, dözümlüdürlər. Kənardan da belə görünür. Amma elə deyil. Düzgünlükləri çox mənfi xüsusiyyətlərini ört-basdır edir. Məqsədi üçün heç nəyə fikir vermədən irəliləyər. Nüfuzu ləkələnsə belə..

2 – Oğlaq 

Hamıya ağıl qoymaqları qıcıqlandırır. Müxtəlif səbəblərə ümidlərini doğrultmayan insanlarda tez məyus olurlar. Amma özünə qarşı tələbkar deyil. Gəl ki, digərlərindən tələbləri çoxdur.

1 – Oxatan

Barmağını onların ağızına qoyma, əlin qarışıq udar. Münasibətlərə aydınlıq gətirməyi və ətrafdakıları hirsləndirməyi xoşlayırlar. Bəzən oxatanlar bunu başqasının hesabına da edir – mövzu atıb, kimlərinsə üz-üzə gəlməsinə səbəb olar və kənardan həzlə izləyə bilərlər. Sanki neqativ emosiya və situasiyalardan enerji toplayırlar. 

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin