“Dərman yoxdur, ay mənasız qurum olan TƏBİB. Sənin camaata maska tax deməyə də haqqın yoxdur. Əgər sənin qara bazarın varsa və bu bazara girə bilməyən insanların dərman ala bilmirsə sənin ümumiyyətlə danışmağa haqqın yoxdur".
Bizim.Media xəbər verir ki, bu sözləri pediatr Aytən İsmayılzadə “facebook” hesabında qeyd edib.
Pediatr koronavirusa yoluxmuş insanların dərman tapa bilməməsindən, dərmanların yalnız xüsusi sifarişlərlə, imtiyazlı şəxslər üçün əlçatan olduğuna diqqət çəkib:
A.İsmayılzadənin həmin yazısını təqdim edirik:
"Dəfələrlə müsahibə götürülür. Dəfələrlə eyni sözü deyirik. Yenə köhnə hamam, köhnə tas. Biz deməklə nəsə dəyişəsi deyil. O heç. Amma axır ki nə isə dəyişsin. Köklü dəyişiklik olsun. Bu da torpaq deyil ki şəhid verib alasan. Bu səhiyyədir. Vicdanlı insanların, siyasətçilərin yox, vicdanlı insanların idarə etməli olduğu səhiyyə! Bəsdirin də. Bilmirik nə dərdi çəkək".
Danışdıqlarımın içindən nəyi kəsirlər bilmirəm, amma əsas dediklərimi burada yazıram:
Dərman yoxdur, ay mənasız qurum olan TƏBİB. Sənin camaata maska tax deməyə də haqqın yoxdur. Əgər sənin qara bazarın varsa və bu bazara girə bilməyən insanların dərman ala bilmirsə sənin ümumiyyətlə danışmağa haqqın yoxdur.
İstəyirsiniz gündə bir alim gətirin brifinqdə danışsın. Nə xeyri?! Nə vaxta kimi mənasız işlər davam edəcək. Nəyi sərtləşdirirsiniz? Hansı yerləri bağlayırsız? Balaca "okoşkası"ndan muştəri qəbul edən telefon ustasının köşkünü? Ya saatlarla oturub bir muştəri tapmayan geyim dükanlarını? Hansı gününə kim nə alır?
Yenə aptek, yenə klinika, yenə ərzaq dükanında adamlar olacaq. Onlara icazə ilə də gedəcək. Orada yüz faiz xəstə olacaq. Yoluxma da baş verəcək. Edə biləcəyin heç nə yoxdur, səhiyyə sistemi. Oranı-buranı bağlamaqla nəyəsə nail ola bilməyəcəksən. İnsanların haqqı olan dərmanını ver. "Onsuz da təsir eləmir?" Onda xəstəxanada da vermə.
Hətta yaxında xəstəxanada olan xəstəyə iki və üç dəfə verilməli olan dərman bir dəfə verilirdi. Hay-küy salandan sonra tam doza verildi. Niyə? Çünki ondan, bundan kəsib xəstəxanada olmayan dərman tapmayanlara satılır. Onlar dərman tapsa belə olmaz. Deputat Rəşad Mahmudov deyir bal-zəncəfil ilə sağalıb. Həm də qeyd edir ki, vaxtında qəbul edilən antiviral dərman! Hanı sənin antiviralın, haradadı?
Dərmanın adını da çəkmir, istifadəsini də. Çunki bilir onun tapdığı kimi biz tapa bilməyəcəyik. O qədər "o dərman boşdur, bundan onsuz da yoxdur" siyasəti aparıldı ki, camaat erqoferonu antiviral kimi tanıyır və elə də qəbul edir. Erqoferon birbaşa virusəleyhinə deyil, sadəcə onunla mübarizəyə lazım olan interferon maddəsini hazırlamağa kömək edir.
"Favipiravir, kaletra isə virusəleyhinə dərman olaraq qara bazarda muştəri gözləyir, koronavirus da xəstənin bədənində dərman".
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
18:57 / 09.12.2020
Həkimdən TƏBİB-ə sərt sözlər: "Dərman yoxdur! Sənin camaata maska tax deməyə haqqında yoxdur"
Hazırda oxunan: Həkimdən TƏBİB-ə sərt sözlər: "Dərman yoxdur! Sənin camaata maska tax deməyə haqqında yoxdur"
Hazırda oxunan: Həkimdən TƏBİB-ə sərt sözlər: "Dərman yoxdur! Sənin camaata maska tax deməyə haqqında yoxdur"
4780
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.