Vidadi Muradovun məhkəməsi ölümündən sonra da davam etdirilir? - DETALLAR

Hazırda oxunan: Vidadi Muradovun məhkəməsi ölümündən sonra da davam etdirilir? - DETALLAR

47768

Həbsdən buraxıldıqdan bir neçə gün sonra vəfat edən “Azərxalça”nın sabiq sədri Vidadi Muradovun cinayət işi üzrə məhkəməsi davam etdiriləcək.

Bizim.Media xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ailə üzvlərindən biri onun hüquqi varisi kimi çıxış edəcək.

Cinayət işinə hakim Əfqan Hacıyevin sədrliyi ilə baxılacaq. İş üzrə "Azərxalça" ASC və Dövlət Vergi Xidməti zərərçəkmiş kimi tanınıb.

Qeyd edək ki, Vidadi Muradov bu ilin yanvarında həbs edilib. Sentyabrda məhkəməsi başlasa da, səhhəti ilə bağlı məhkəmə proseslərini keçirmək mümkün olmayıb. Onkoloji xəstəlikdən əziyyət çəkən V.Muradov oktyabrın 30-da ev dustaqlığına buraxılıb. Noyabrın 5-də isə evində vəfat edib.

V.Muradov Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunurdu. O, vəzifədə olduğu müddətdə 3.5 milyon manat vəsaiti mənimsəməkdə şübhəli bilinirdi.

Məhkəmə V.Muradovun 30 milyon manatlıq əmlakına həbs qoyub.

Xatırladaq ki, Vidadi Muradov Sabunçu Rayonunun Polis İdarəsinin rəisi, polis polkovniki Cavid Muradovun atasıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin