Vüqar Səfərli bəzi qəzetlərin tirajını saxta arayışlarla qaldırıb - Məhkəmədə şahid ifadəsi

Hazırda oxunan: Vüqar Səfərli bəzi qəzetlərin tirajını saxta arayışlarla qaldırıb - Məhkəmədə şahid ifadəsi

47699

Ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq icraçı direktoru Vüqar Səfərli və işçilərinin məhkəmə prosesi davam edib.

Bizim.Media xəbər verir ki, prosesdə şahid qismində KİVDF-də aparıcı məsləhətçi kimi çalışmış Samir Mustafayev vəkillərin suallarını cavablandırıb.
 

MÖVZU İLƏ BAĞLI:

Vüqar Səfərli ilə birgə təqsirləndirilən şəxslər dindirildi – YENİ DETALLAR


"Biz orda işçi olmuşuq. Nəyəsə müdaxilə edə bilməzdik. Vüqar müəllimlə yaxşı münasibətim var, heç bir qərəzim yoxdur. İşdə mühasib gəlirdi deyirdi ki, tədbirlərlə bağlı sənədlərə qol çəkməlisən. Mən də qol çəkmişəm. Məni də əmin ediblər ki, burada qanunsuz bir məsələ yoxdur”, -deyə S.Mustafayev bildirib.

Şahid qeyd edib ki, fonda dəftəxana mallarınım alınmasından xəbərdar olub:

"İşçilərin hamısına verilib. Lakin hər hansı bir tədbrilərdə blaknotların və s. paylanmasının şahidi olmamışam".

Şahid istintaqda ifadəsində bildirib ki, bəzi qəzetlərin tiraj sayı saxta arayışlarla qaldırılıb.
 

S.Mustafayev sözügedən ifadəsini məhkəmədə də təsdiqləyib: "Bəzi qəzetlərin tirajı az idi. Maliyə yardımı düşmürdü. Buna görə onların tiraj sayı arayışda çoxaldılıb”


V. Səfərli şahidin ifadəsi ilə bağlı deyib ki, tikinti ilə bağlı fondda komissiya ayrı olub: "Bu adam həmin komissiyanın üzvü olmayıb. Yazılan məktublardan xəbəri olmayıb".

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Paşayevin sədrliyi ilə keçirilən proses noyabrın 30-da davan edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin