Sumqayıtda ehtiyatsızlıqdan özünü güllələyən polis əməkdaşı, 1979-cu il təvəllüdlü Mütəllimov Rahib Əli oğlunun ölümü ilə bağlı bəzi faktlar məlum olub.
Bizim.Media xəbər verir ki, hadisə "Kapital Bank"ın Sumqayıt filialının inzibati binasının arxasında qeydə alınıb.
MÖVZU İLƏ BAĞLI:
Sumqayıtda polis xidməti silahından açılan atəşlə öldü
R. Mütəllimov bankda mühafizəçi kimi xidmətdə olub. Lent.az hadisənin səhər saatlarında, bankın binasının arxa hissəsindəki otaqlardan birində baş verdiyini yazıb.
O, sözügedən otağa keçib. Bir müddət sonra oradan atəş səsi eşidilib. Hadisə yerinə baxış keçirilərkən 42 yaşlı polis əməkdaşının aldığı güllə yarasından öldüyü müəyyən edilib.
İlkin məlumatlara görə, dünyasını dəyişən polis əməkdaşı, R. Mütəllimovun psixoloji problemləri olub.
Hadisənin ehtiyatsızlıqdan baş verdiyi və ya intihar olduğu araşdırmalardan sonra məlum olacaq.
Faktla bağlı Sumqayıt şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır.
Bizim.Media