"Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan məktəblərin çoxunda müşahidə kameraları və mühafizə xidmətləri var. Odur ki, hansısa məktəbdən şagirdin qaçırılması ilə bağlı fakt yoxdur".
Bizim.Media xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva jurnalistlərə açıqlamasında deyib.
MÖVZU İLƏ BAĞLI:
Bakıda məktəbli qızı maşına mindirərək oğurlamaq istədilər
O bildirib ki, belə hal olubsa da məktəbdən kənar baş verə bilər:
"Bununla bağlı da hüquq-mühafizə orqanları məşğul olur. Cəmiyyət olaraq uşaqları diqqətdə saxlamalıyıq. Bu təkcə məktəbin, valideynin yox, ümumilikdə cəmiyyətin borcudur. Hər kəs bu məsələyə həssas yanaşmalıdır".
Qeyd edək ki, Mehdiabad qəsəbəsində yerləşən 188 nömrəli məktəbdə 5-ci sinif şagirdini naməlum şəxs avtomobili ilə qaçırmağa cəhd edib.
Bildirilib ki, məktəbin ön kamerası işləmədiyindən küçədə olan digər müşahidə kameralarından şagirdi qaçırmaq istəyən şəxsin avtomobilinin markasını təyin etmək mümkün olub.
Bizim.Media