Vergilərin vaxtında və tam şəkildə ödənilməməsi əhalinin rifahına mütənasib şəkildə neqativ təsir göstərən başlıca səbəbdir. Bu mənada dövlət qurumlarının çoxu bu neqativ amillə üz-üzədir.
Bunlardan biri də 7 aydır rəhbərsiz qalan “Azərsu” Açıq Səhmdar Cəmiyyətidir. Qurumun dövlətə hazırda 24 milyon 662 min 831 manat borcu yaranıb.
Bu iddia ilə Bizim.Media-ya ictimai vəkil Samir Zeynalov çıxış edib.
Onun sözlərinə görə Dövlət Vergi Xidmətinin məlumatına görə cari ilin son 9 ayı ərzində qurumun ödənilməmiş vergi borcu 2,4 dəfə artıb.
Məsələ ilə bağlı saytımıza danışan “Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı borcun olduğunu təkzib etməsə də, Samir Zeynalovun təqdim etdiyi məbləğlə razılaşmayıb: "O məlumatlar doğru deyil" -deyə, qurum rəsmisi qeyd edib.
Xatırladaq ki, Qorxmaz Hüseynov “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən bu il mayın 4-də azad edilib. Hələki onun yerinə təyinat olmayıb.
Alçina Amilqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:15 / 25.11.2021
“Azərsu” ASC-nin dövlətə borcu 25 milyona ÇATDI – FOTOFAKT
Hazırda oxunan: “Azərsu” ASC-nin dövlətə borcu 25 milyona ÇATDI – FOTOFAKT
Hazırda oxunan: “Azərsu” ASC-nin dövlətə borcu 25 milyona ÇATDI – FOTOFAKT
47680
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.