Bakının iri ticarət mərkəzlərinə giriş nəzarəti GÜCLƏNDİRİLDİ – 3 gün TƏHLÜKƏLİ olacaq

Hazırda oxunan: Bakının iri ticarət mərkəzlərinə giriş nəzarəti GÜCLƏNDİRİLDİ – 3 gün TƏHLÜKƏLİ olacaq

0:00
0:00
47678

Sabah dünyada böyük maraqla gözlənilən “Black Friday” yəni, “Qara Cümə” günüdür. Vətəndaşlarla apardığımız sorğu nəticəsində məlum oldu ki, böyük endirim və izdihamlarla yaddaşlarda qalan yarmarka Bakıda da səbrsizliklə gözlənilir. 

Bəs görəsən iri ticarət mərkəzləri sabahkı günə hazırdırmı?

Bizim.Media olaraq Park Bulvarın ictimaiyyətlə əlaqələr şöbəsi ilə əlaqə saxladıq.
 

MÖVZU İLƏ BAĞLI:

Belə bir bayrama niyə “Qara Cümə” adı veriblər? - TƏFƏRRÜAT


Şöbə müdiri Günay Novruzqızının verdiyi məlumata görə, sabahdan etibarən düz 3 gün alış-veriş edənləri böyük endirimlər gözləyir:

“Noyabrın 26, 27 və 28-də Park Bulvarda “Happy Friday” olacaq. Biz yarmarkanı “Black” yox “Happy” adlandırmışıq. Lakin ticarət mərkəzindəki çox mağazalar xariclə əlaqəli olduğu üçün yarmarka elə öz adı ilə “Black Friday” kimi adlandırılacaq. Və həmin mağazalarımız böyük endirimlərlə müştərilərimizi sevindirəcək. Endirim faizlərimiz 20%-dən 80% aralığınadək dəyişəcək. Bu endirim kampaniyaları təkcə geyim mağazalarına deyil, eləcə də elektronika, parfumeriya mağazaları, gözəllik salonu, əyləncə məkanları və ən əsası kafe-restoranlarımıza da şamil ediləcək”.

Eləcə də 28 Mall, Gənclik Mall, Dəniz Mall da 3 gün ərzində​ mağazaların təklif etdiyi endirim və aksiyalar, eləcə də xüsusi hazırlanmış əyləncə proqramları ilə ziyarətçilər üçün gözəl alış-veriş ab-havası yaradacaq.
 

Qeyd edək ki, endirim günlərində Park Bulvar, 28 Mall, Gənclik Mall, Dəniz Mall və Port Baku Mall saat 00:00; Gəncə Mall isə saat 23:00-dək xidmət göstərəcək.


Bununla bağlı ticarət mərkəzlərinə giriş nəzarəti də gücləndirilib. Düz 3 gün giriş qapılarında mühafizəçilərin sayı artılaraq COVİD pasportlarının yoxlanılmasına ciddi əməl olunacaq. Yoluxmaların qarşısını almaq üçün ən vacib tədbirlər həyata keçiriləcək. DİN tərəfindən də patrul xidmətinin sayının artırılması qərarı verilib. Həmin günlərdə qaydaları pozanlara güzəşt olunmayacaq.

Səkinə Yusibli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin