Bakı Şəhər Baş Polis İdarəsindən valideynlərə MÜRACİƏT

Hazırda oxunan: Bakı Şəhər Baş Polis İdarəsindən valideynlərə MÜRACİƏT

47677

“Uşaqlar daha çox ailədə zorakılığa məruz qalır”.

Bizim.Media xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin baş inspektoru Kəmalə Ələkbərova jurnalistlərə açıqlamasında bildirib.

O qeyd edib ki, Azərbaycanda uşaqların zorakılığa məruz qalması ilə bağlı faktlar var.

"Bu gün psixoloqların yardımına böyük ehtiyac var. Çünki cütlüklər yetişməmiş ailə qururlar. Bəzən hətta 30 yaşında evlənənlər belə ailənin nə olduğunu dərk etmir, ailə planlaması şüurlu şəkildə aparılmır. Bu da gələcəkdə problemlərin yaranmasına gətirib çıxarır", - deyə K.Ələkbərova qeyd edib.

Kəmalə Ələkbərova məktəblinin qaçırılması hallarından da danışıb. Qeyd edib ki, belə hallar çox deyil.

"Çox vaxt belə hadisələr boşanan valideynlərin ailələrində baş verir. Ailə boşanmaq ərəfəsindədir. Ailələr boşanan zaman düşmən kimi boşanırlar. Ata deyir ki, övladımı sənə göstərmək istəmirəm.

Tutaq ki, ana evdən uşağı aparır, deyirlər ki, uşaq oğurlanıb. Elə xırda nüanslar var ki, onu şişirdib başqa cür də verə bilərlər.

O ki qaldı məktəblərin təhlükəsizliyi ilə bağlı resurlara - kameralara harda ehtiyac olursa, təmin olunur. Bütün məktəblərin həyətində polis gəlib dayana bilməz. Bunun üçün heyətimiz də yoxdur. Vətəndaşlara üz tutub deyirəm ki, diqqətli olsunlar", - deyə DİN rəsmisi vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin