Aeroporta işləyən avtobusların İNTERVAL problemi – BNA-nın məsələyə CAVABI YOXDUR

Hazırda oxunan: Aeroporta işləyən avtobusların İNTERVAL problemi – BNA-nın məsələyə CAVABI YOXDUR

47626

Heydər Əliyev Hava Limanına işləyən ekspres avtobuslarından nazarzılıqlar var.  Belə ki, Bakı Nəqliyyat Agentliyinin rəsmi saytında ekspres avtobusların interval cədvəli 30 dəqiqə göstərilsə də  əslində isə bu müddət 1 saat 20 dəqiqəyə qədər uzanır. Bu da avtobusdan istifadə edən sərnişinləri çətinliklə üz-üzə qoyur. Bundan əlavə bu problem şəhərin qonaqlarına da böyük problemlər yaşadır. Çünki hərəkət sxemi düzgün göstərilməyən avtobuslar böyük gecikmələrə səbəb olur. 

Turistlər problemi anlamaqda çətinlik çəkir

Məsələ ilə bağlı Nəqliyyat eksperti Eldəniz Cəfərov Bizim.Media-ya açıqlamasında bildirib ki, Bakı paytaxt şəhəri olmasına baxmayaraq, ictimai nəqliyyatın intervalı haqqında hər hansı bir məlumat tablosu, mobil tətbiq və ya digər informasiya mənbəyi mövcud deyil.
 

MÖVZU İLƏ BAĞLI:

Hava limanı yolunda yarışan avtobus sürücüləri CƏZALANDI - VİDEO


“Bu səbəbdən də ictimai nəqliyyatdan istifadə edən sərnişinlər əziyyət çəkirlər. Bakı şəhərinin sakinləri bu vəziyyətə alışsalar da, bu vəziyyət şəhərimizin qonaqları, turistlərə böyük problem yaradır. Turistlər həm də çox təəccüblənirlər ki, Bakıda 21-ci əsrdə bu cür problemlər mövcuddur. Bu bizim üçün heç də müsbət hal deyil”.

Ekspert bir zamanlar ictimai nəqliyyatın intervalları haqqında lövhələrin quraşdırılması məsələsini gündəmə gətiridiklərini də deyib.  

“O zamanlar nəqliyyatın idarəetmə sisteminin qurulması planlaşdırılsa da, layihə fiaskoya uğradı və alınmadı. Bu gün faktiki olaraq Bakı şəhərində nəqliyyatın intelektualsız idarə etmə sistemini müşahidə edirik. Həmçinin hava limanına işləyən ekspres avtobuslarda mövcud olan bu problem də bizə baş ucalığı gətirmir. Mütləq bu məsələ müvafiq qurumlar tərəfindən araşdırılmalı və dərhal interval məsələsi haqqında məlumatların dəqiq əks olunması həyata keçirilməlidir”. 

BNA-nın susqunluğu...

Məsələ ilə bağlı bu işdə birbaşa məsuliyyət daşıyan Bakı Nəqliyyat Agentliyi ilə əlaqə yaratmağa çalışdıq. Yaranan problemlə əlaqədar qurumun mətbuat katibi Mayis Ağayevə bir neçə sual ünvanladıq. Mətbuat katibi 3 gün suallarımızı cavablandıracağını söyləsə də, ancaq sonda sorğularımız cavabsız qaldı. 

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin