Rusiyanın xalq artisti Lyudmila Maksakovanın nəvəsi Anna Maksakova azərbaycanlı qrossmeyster Teymur Rəcəbovla nişanlandığını elan edərək hər kəsi şoka salıb.
Bizim.Media “Sputnik Azərbaycan” nəşrinə istinadən xəbər verir ki, Maksakova İnstagram səhifəsində Rəcəbovla 2021-ci il şahmat üzrə dünya çempionatının başladığı Dubayda çəkilmiş iki birgə fotosunu dərc edib: “Nişanlım Teymur Rəcəbovla”, “Bir az yorulmuşuq, amma matç hələ başlamayıb”, - Anna şəkillərə şərh yazıb.
Rəcəbovun özü şəxsi həyatında baş verən dəyişikliklərlə bağlı hələlik açıqlama verməyib, lakin o da sosial şəbəkədə bu fotoları paylaşıb.
Xatırladaq ki, Teymur Rəcəbovun həyat yoldaşı Elnarə Nəsirlidir (SOCAR-ın vitse-prezidenti Elşad Nəsirovun qızı). Cütlük 2011-ci ildə ailə həyatı qurub. 2013-cü ildə onların qızı Məryəm dünyaya gəlib. İndiyədək cütlüyün ayrılması ilə bağlı məlumat yayılmayıb.
Anna Maksakova Rusiyanın xalq artisti Lyudmila Maksakova və SSRİ-nin ABŞ-dakı əfsanəvi səfiri Anatoli Dobrıninin nəvəsidir. O, “MQİMO”nun Beynəlxalq Biznes və Biznesin İdarə Edilməsi fakültəsini bitirib.
Ürəyinin açarı ilə bağlı sualı cavablandıran Anna Maksakova vurğulayıb:
"Məni heyran etmək üçün istənilən şəraitdə öz mənliyində qalmalısan".
Bizim.Media