Kəlbəcər su təchizatı ilə təmin olundu

Hazırda oxunan: Kəlbəcər su təchizatı ilə təmin olundu

0:00
0:00
47572

İşğaldan azad olunmuş Kəlbəcər rayonunda "Azərsu" Açıq Səhmdar Cəmiyyəti tərəfindən təxirəsalınmaz tədbirlər görülərək şəhərə suyun verilməsi, hərbi və mülki təyinatlı obyektlərin su təchizatı təmin edilib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı yaradılmış Əlaqələndirmə Qərargahı yayıb.

Mənbə bildirir ki, Kəlbəcər rayonundakı içməli su mənbələri işğal dövründə  istifadəyə yararsız vəziyyətə salındığından qısa müddətdə Zvel və Qaraxaç çaylarının birləşdiyi nöqtədə suqəbuledici qurğular quraşdırılıb və içməli su mənbəyi kimi istifadəsinə başlanılıb. 

Su mənbəyindən Kəlbəcər şəhərinə çəkilmiş mövcud 27 km uzunluğunda 220 mm diametrli polad magistral su kəmərinin 96 nöqtəsində qəzalı hissələr təmir edilib və şəhərə suyun verilməsi təmin olunub. "Azərsu" ASC-nin 7 nömrəli Regional Sukanal İdarəsinin əməkdaşları tərəfindən ötən müddətdə ümumi tutumu 116 kubmetr olan 4 su anbarı yuyularaq dezinfeksiya edilib.

Kəlbəcər şəhərində içməli su şəbəkəsinin qəzalı hissəslərində təmir-bərpa işləri görülüb. Su təchizatı sistemində aparılan bərpa  işlərindən sonra ərazidəki mülki və hərbi obyektlər dayanıqlı içməli su ilə təmin olunub. İndiyədək Kəlbəcər şəhərində 28 hərbi və mülki obyekt, 40-dək fərdi yaşayış evi içməli su ilə təmin edilib.

Kəlbəcər rayonunda xidmətin keyfiyyətinin yüksəldilməsi və işçilərin əmək şəraitinin yaxşılaşdırılması məqsədilə yararsız tikililərdən biri təmir olunaraq istifadəyə verilib.

Qeyd edək ki, "Azərsu" ASC tərəfindən Kəlbəcər rayonu ilə yanaşı Şuşa şəhəri,  Hadrut, Talış və Suqovuşan qəsəbələrində də fasiləsiz xidmət təşkil olunub. Hadrut qəsəbəsində yaradılmış xidmət sahəsi Cəbrayl, Füzuli, Zəngilan rayonlarına, Kəlbəcər Sukanal Sahəsi isə Laçın rayonuna da xidmət göstərir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin