Adı uşaq, özü universal...

Hazırda oxunan: Adı uşaq, özü universal...

47544
Moderator.az-ın əməkdaşı müştəri kimi müraciət etdiyi bir tibb ocağı haqqında xeyli maraqlı məlumat toplamağa müvəffəq olub. Belə ki, paytaxtın ən bərkgedən məkanlarından birində, “Nərimanov” metrosunun çıxışındakı Uşaq Stomatologiya Mərkəzində araşdırma aparan əməkdaşımıza bəlli olub ki, burada nəinki müştəri qıtlığı çəkən yoxdu, əksinə, bütün həkimlərin işləri başlarından aşır. Qiymətlər də cağbacağ...

Yəqin bizi qınayanlar tapılacaq ki, axı dövlət müəssisəsi hara, prezidentin həftə səkkiz, mən doqquz pulsuz tibbi xidmətlə bağlı verdiyi tapşırıq və sərəncamlar hara, vətəndaşlara pullu xidmət göstərilməsi hara? Bəli, təəccüblənməyin, adı dövlət olsa da bu müalicə müəssisəsində dövlətdən əsər-əlamət yoxdur və necə deyərlər, “dədə-baba qaydası” ilə müştərilərə xidmət göstərilir... 
Beləliklə, əməkdaşımızın pulsuz xidmət göstərilməli tibb ocağından pulsuz reportajını təqdim edirik. Bunu həmin tibb müəssisəsi üçün bir təmənnasız reklam da hesab etmək olar. Çünki bir çox insan qiymətləri öyrənmək üçün ora-bura ağız açmayacaq...
...Adıçəkilən mərkəzdən kiçicik reportaj aparmaqla maraqlı nüanslarla rastlaşırıq. Loru dildə desək, resepsionda əyləşən qız bizə mərkəz haqqında dolğun məlumat verir: “Mərkəzimizdə hər cür stomatoloji xidmətlər var. Burada olan həkimlər demək olar ki, paytaxtın ən savadlı həkimləridir.”
Ödəniş haqqında xanıma sual verdikdə isə o rəsmi ödənişin olmadığını bildirir. Onun sözlərindən belə məlum olur ki, mərkəzdə stabil ödəniş sistemi yoxdur. Yəni pul həkimlərin şəxsən özlərinə ödənilir.
Daha dolğun məlumat almaq üçün həkimlərdən birinə müraciət edirəm. Həkimlə danışdıqdan sonra məlum oldu ki, mərkəzdə hər xidmətin öz qiyməti var. Qiymətlərlə tanış olduqda bəlli olur ki, Hippokrat andı içmiş həkimlərimiz rəhmətliyin nəinki andını, adını belə çoxdan unudublar...

Plomb 25-30 azn

Həkimə dişin plomblanması üçün müraciət etdikdə bu xidmətlərin ödənişli olduğunu bildirdi : “qiymət plombun keyfiyyətindən asılı olaraq təxminən 25 ”“ 30 manat arasında dəyişir”. 
Tək bu deyil. Istənilən xidmət burada yüksək qiymətlərlə hayata keçirilir. Məsələn, keramika adlanan diş növündən istifadə etmək üçün necə deyərlər, əməlli -başlı silkələnmək lazımdır. Bir dişin qiyməti minimum  60 ”“ 70 azn arasında hesablanır. Hər iki çənəyə də bir neçə diş qoydurmaq istəyən xəstə təxminən 1000 azn ödəməlidir. 
Uşaqların dişlərinin nizama salınmasi üçün “breket” deyilən alət isə maksimum bahalığı ilə fərqlənir. Belə ki, bir çənə üçün qiymət 500 manatdan başlayaraq hesablanır. Ən aşağı qiymətlərlə hesablasaq alt və üst çənənin qiyməti təxminən 1200 ”“ 1400  azn arasında dəyişir ki, bu da orta statistik gənc ailə  üçün yüksək məbləğ kimi qəbul oluna bilər. 
Uşaq Stomatologiya Mərkəzində digər diqqət çəkən məqam isə mərkəzin uşaqlar üçün nəzərdə tutulmasına baxmayaraq pasiyentlərin əksəriyyətinin orta və yaşlı nəslin nümayəndələri olmasıdır. O zaman haqlı sual yaranır ki, əgər mərkəzdə böyüklərə də xidmət olunacaqsa nə üçün bu tibb ocağının adı Uşaq Stomatologiya Mərkəzi adlanır?
Biz bilməsək də əminik ki, Səhiyyə Nazirliyində bu sualın cavabını bilirlər...

 Lalə Novruzlu


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin