Sosial şəbəkələrdə yalan məlumat yayanlar barədə SƏRT TƏDBİRLƏR 

Hazırda oxunan: Sosial şəbəkələrdə yalan məlumat yayanlar barədə SƏRT TƏDBİRLƏR 

47536

Baş Prokurorluq Ermənistanın noyabrın 15-i və 16-da törətdiyi təxribatlarla bağlı bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkə istifadəçiləri tərəfindən yalan məlumatlar paylaşılması ilə bağlı araşdırma aparıb.

Bu barədə Bizim.Media-ya Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Belə şəxslərdən 4 nəfər - Ziyatay Muradov, Aqil Ələkbərov, Mehman Süleymanov və Nadir Vəliyev barəsində tədbirlər görülüb.

Ziyatay Muradov barəsində toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib, Aqil Ələkbərov, Mehman Süleymanov və Nadir Vəliyevə isə prokuror təsir tədbiri aktı olan xəbərdarlıq elan edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin